Fransa çempionu PSJ yarımmüdafiəçisi Anxel Di Mariya ilə müqavilənin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
Tərəflər müddəti 2022-ci ilin iyununa qədər olan yeni müqaviləyə imza atıblar. Argentinalı futbolçunun əvvəlki müqaviləsinin müddəti bu ilin yayında bitəcəkdi.
 
Qeyd edək ki, Anxel Di Mariya 2015-ci ilin iyulundan PSJ-nin formasını geyinir. O, daha öncə Portuqaliyanın "Benfika", İspaniyanın "Real", İngiltərənin "Mançester Yunayted" və Argentinanın "Rosario Sentral" klublarının da uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest