Almaniyanın "Borussiya" (Münhenqladbax) klubu müdafiəçisi Niko Elvedi ilə müqavilənin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Tərəflər arasındakı yeni müqavilənin müddəti 2024-cü ilin yayına kimidir.
 
Niko Elvedi 2015-ci ildən "Borussiya"da çıxış edir. İsveçrəli futbolçu bu komandanın heyətində 196 oyuna çıxıb, 10 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest