İngiltərə Futbol Azarkeşləri Assosiasiyası Premyer Liqada 2020-ci ilin ən yaxşılarının adını açıqlayıb.
 
Matc.az xəbər verir ki, "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes İngiltərədə ötən ilin ən yaxşı futbolçusu seçilib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
 
Portuqaliyalı futbolçu "Tottenhem"dən Son Hın Min, "Aston Villa"dan Cek Qriliş, "Lester Siti"dən Ceymi Vardi, "Mançester Siti"dən Kevin de Breyne və "Liverpul"dan Məhəmməd Salahı qabaqlayıb.
 
Qeyd edək ki, Bruno Fernandes bu mövsüm "Mançester Yunayted"lə Premyer Liqada 28 oyuna çıxıb və 16 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest