İtaliyanın "Fiorentina" klubunun gənclərdən ibarət komandasının baş məşqçisi Alberto Akvilani koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, 36 yaşlı mütəxəssisin koronavirus testinin müsbət çıxdığı bildirilib.
 
Akvilani 2020-ci ilin avqustundan "Fiorentina"nın U-19 komandasını çalışdırır. Onun rəhbərlik etdiyi kollektiv ötən il İtaliya kubokunu qazanıb.
 
Akvilani futbolçu karyerası ərzində İtaliyada "Roma", "Yuventus", "Sassuolo", "Fiorentina", "Milan", "Peskara", İngiltərədə "Liverpul", Portuqaliyada "Sportinq" kimi klublarda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest