"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri səfər oyununu şərh edib.

"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri səfər oyununu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Deyiləsi bir söz yoxdur. Lənət üstümüzdən getmək istəmir. Fasilədən sonra rəqibin təzyiqi artıracağını bilirdik. Bərabərlikdən sonra toparlana bildik, yenə qol vurduq. Təəssüf ki, qələbə hesabını qoruya bilmədik. Qarşıda fasilə var, çalışacağıq çatışmazlıqları aradan qaldıraq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest