Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Sadiqov 2019-cu ildən "Keşlə"nin uğurları üçün çalışacaq. Matç.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi paytaxt klubunda oynayan məşqçi funksiyasını yerinə yetirəcək.

O, Tərlan Əhmədovun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq. Bununla, Sadiqov Premyer Liqaya yeni ampluada qayıdacaq.

ötən mövsüm "Neftçi"də Əhmədovun rəhbərliyi altında bürünc medal qazanan Rəşad yeni klubunda çalışdırıcısının köməkçilərindən biri olacaq.

Qeyd edək ki, Azərbaycan millisində 26 matça çıxan Sadiqov futbolçu kimi Premyer Liqada "Qarabağ", "Neftçi", MOİK, "Şəfa", "Xəzər Lənkəran", "Qəbələ" və "Zirə"nin formasını geyinib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest