Futbol üzrə Ukrayna Premyer Liqasında 18-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi "Minay" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "İnqulets"lə qarşılaşıb. "Minay" bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Anatoli start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Rüstəm isə 68-ci dəqiqədə mübarizəyə qoşulub.
 
"Minay" 18 turdan sonra 13 xalla 14 kollektiv arasında 13-cü pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da bir oyunu var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest