Futbol üzrə İran kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçiləri "Traktor"la "Maşinsazi" də növbəti matçına çıxıb.
 
"Traktor" evdə "Şahrdari Mahşahr" klubu ilə üz-üzə gəlib. Təbriz təmsilçisi rəqibini darmadağın edərək 1/8 finala yüksəlib – 3:0.
 
Təbrizin digər təmsilçisi "Maşinsazi" isə doğma meydanda "Fulad"la üz-üzə gəlib. "Traktorçular"dan fərqli, "Maşinsazi" 0:3 hesabıyla uduzaraq mübarizəni dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest