Futbol üzrə çexiya 2-ci divizionunda 14-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Vışeqrad"la qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 2:1.
 
Fərid bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
14 turdan sonra 22 xala malik "Viktoriya" 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest