Futbol üzrə Niderland 2-ci liqasında 28-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu "Telstar" da növbəti oyununa çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Qraafşap"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
 
Ozan da bu matçın iştirakçısı olub. O, 80-ci dəqiqədə meydana buraxılıb.
 
Müqavilə ilə "Sabah"a məxsus olan Ozan, "Telstar"da icarə əsasında çıxış edir.
 
"Telstar" 2-ci liqada 28 turdan sonra 34 xalla 10-cu sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest