Tovuzda "Turan Tovuz" Futbol Akademiyasında təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyununu keçirib.
 
Matc.az xəbər verir ki, Birinci Divizion təmsilçisi "Kəpəz"lə qarşılaşan millimiz 0:1 hesabı ilə məğlub olub.
 
Gəncədə reallaşan oyunda "sarı-göylər"in qələbə qoluna ikinci hissənin əvvəlində Novruz Məmmədov imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest