PSJ-ni futbolçuları Anhel Di Mariya və Markinyosun evləri Fransa çempionatının XXIX turunun "Nant"la oyunu zamanı soyulub. Matc.az xəbər verir ki,  futbolçuların ailələri evdə olarkən cinayətkarlar mənzilləri qarət ediblər və onları girov götürüblər. 
Qarşılaşma zamanı "parislilər"in idman direktoru Leonardo klubun baş məşqçisi Maurisio Poçettinoya bu barədə məlumat verib. Di Mariya qarşılaşmanın 62-ci dəqiqəsində əvəzlənib və ailəsinin yanında olmaq üçün dərhal evə yola düşüb.
 
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb, klub iki oyunçuya və onların ailələrinə tam dəstəyini təklif edəcək.

Xatırladaq ki, PSJ və "Nant" arasında görüş Parisdəkı "Park-de-Prens" stadionunda keçirilib və 1:2 hesabı ilə başa çatıb. "Nant"ın heyətində Randal Kolo Muani və Mouzes Saymon fərqləniblər. "Parislilər"in yeganə qolunu Yulian Draksler vurub.
PSJ 29 matçda 60 xal yığaraq və Birinci Liqanın yarış cədvəlində 2-ci yer tutur. "Nant" 27 xalla 18-ci yerdə qərarlaşıb. Fransa çempionatına 63 xalla "Lill" liderlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest