Təcrübəli müdafiçi bununla bağlı baş məşqçi Canni De Byaziyə müracitə edərək, onu milliyə dəvət etməməsini xahiş edib. İtaliyalı mütəxəssis isə onun xahişini yerinə yetirib.

Milli komandamızın kapitanı Maksim Medvedevin yığmamızın toplanışında iştirak etmək istəməməsinin səbəbi bəlli olub. Matc.az xəbər verir ki,  "Qarabağ"ın futbolçusu De Byaziyə övladının xəstə olduğu üçün yığmanın toplanışına qoşula bilməyəcəyini bildirib. Təcrübəli müdafiçi bununla bağlı baş məşqçi Canni De Byaziyə müracitə edərək, onu milliyə dəvət etməməsini xahiş edib. İtaliyalı mütəxəssis isə onun xahişini yerinə yetirib.
 
Xatırladaq ki, milli komandamız Dç-2022-nin seçmə mərhələsində martın 24-də Portuqaliyanın qonağı olacaq. 3 gün sonra səfərdə Qətərlə qarşılaşacaq yığmamız, martın 30-da Serbiyanı qəbul edəcək. haqqın.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest