"Sumqayıt" klubunun milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilə dövrü üçün hazırlıq planı bəlli olub.
 
Matc.az "kimyaçılar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Ayxan Abbasovun komandası toplanışa martın 17-dən etibarən Sumqayıt şəhər stadionunda start verəcək.
 
"Sumqayıt" hazırlıq dönəmində 21 və 28 mart tarixlərində iki yoxlama oyunu keçirəcək. Rəqiblərin kimliyi hələ bəlli deyil.
 
"Sumqayıt" Premyer Liqada 26 xalla 4-cü sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest