"Riçard Almeyda, Eddi İsrafilov, Rüfət Dadaşov və bu kimi futbolçular da milliyə çağırılmayıb. Onların da ehtimal olunan sənəd problemləri yoxdur ki. Çağırılmayıblarsa, deməli, baş məşqçi onları istəməyib"

"Mill komandanın heyətinə kim seçilibsə, baş məşqçinin qərarı ilə olub. Heyətin formalaşdırılması baş məşqçinin səlahiyyətində olan məsələdir. Burda hər hansı başqa bir problem yoxdur". Matc.az xəbər verir ki, bu sözləri  AFFA-nın mətbuat xidmətinin rəhbəri Furuz Abdulla deyib.
 
Ukraynanın "Minay" klubunun əslən azərbaycanlı futbolçusu Anatoli Nuriyev millimizin Dç-2022-nin seçmə mərhələsində bu ay keçiriləcək oyunları üçün yığmaya dəvət alıb. Buna qədər həmin klubun digər hücumçusu Rüstəm Əhmədzadənin də milliləşdirilməsi məsələsi gündəmdə olub.
 
Rüstəm Əhmədzadəyə baş məşqçi Canni De Byazi tərəfindən dəvət göndərilməməsi haqda danışan federasiya rəsmisi bunun italiyalı çalışdırıcının seçimi ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, Rüstəm Əhmədzadənin millimizdə oynaması üçün heç bir problem yoxdur:
 
"Riçard Almeyda, Eddi İsrafilov, Rüfət Dadaşov və bu kimi futbolçular da milliyə çağırılmayıb. Onların da ehtimal olunan sənəd problemləri yoxdur ki. çağırılmayıblarsa, deməli, baş məşqçi onları istəməyib. Rüstəm Əhmədzadə də qeyd etdiyim futbolçular kimi, baş məşqçinin qərarı ilə milliyə çağırılmayıb. Yəni onun yığmaya çağırılması üçün heç bir problem qalmayıb". qol.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest