19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib.
 
Matc.az xəbər verir ki, Tovuzda "Turan Tovuz" Futbol Akademiyasında təlim-məşq toplanışında olan yığmamızın rəqibi elə "Turan Tovuz" komandası olub.
 
Millimiz bu oyunda 5:1 hesabı ilə qələbə qazanıb. U-19-un qollarını dubla imza atan Ağadadaş Salyanski, eləcə də Zöhrab Əsədov, Kamal Kazımov və Mahmud Ağayev vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest