"Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin keçmiş köməkçisi Xerman Burqos Argentinada komanda çalışdıracaq.
 
Matc.az xəbər verir ki, 51 yaşlı mütəxəssis "Nyuellz Old Boyz" komandasına baş məşqçi təyin olunub.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Burqosla imzalanan müqavilənin müddəti 2021-ci ilin sonuna qədərdir.
 
Burqos 2011-2020-ci illər aralığında "Atletiko"da baş məşqçi Simeonenin köməkçisi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest