Əfsanəvi braziliyalı futbolçu Pelenin rekordunu yeniləyən İtaliyanın "Yuventus" klubunun hücumçusu Kriştianu Ronaldu yeni nailiyyətlərə imza atmağa hazırlaşdığını bildirib. Matc.az xəbər verir ki, futbolçu bu barədə öz "Instagram" səhifəsində yazıb.
 
"Daha çox hədəflərə nail olmaq lazımdır və inanıram ki, bunu birlikdə edəcəyik. Qollar mənim həyatımın ayrılmaz hissəsidir. Bununla kifayətlənməyə hazırlaşmıram və növbəti rekordu qırmaq istəyirəm! Mən həmişə daha çox istəyirəm.
 
İnsanlar tez-tez mənim enerjimin çox olması, heç vaxt dayanmadığım barədə danışırlar. Ola bilsin, bu həqiqətdir, lakin bu mənim həyatımın ayrılmaz hissəsidir!", -  Ronaldo sosial şəbəkə hesabında yazdığı şərhdə qeyd edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest