Futbol üzrə İspaniya La Liqasının 27-ci turunun "Hueska" ilə ev oyunu "Barselona"nın hücumçusu Lionel Messi üçün daha bir rekordla əlamətdar olub.
 
Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəyə sevindiyi bu görüşdə argentinalı futbolçu iki qol vurub, bir məhsuldar ötürmə müəllifi olub.
 
Messi bu oyunun iştirakçısı olmaqla Kataloniya təmsilçisinin heyətində 767-ci dəfə meydana çıxıb. Bununla da o, keçmiş komanda yoldaşı Xavi Ernandesin rekordunu təkrarlayıb.
 
Qeyd edək ki, 33 yaşlı Lionel Messi 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir. O, 767 oyunda 661 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest