Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə "Sabah"la "Sumqayıt"ın yoxlama oyununda qarşılaşacağını xəbər vermişdik.
 
Matc.az xəbər veriki, martın 28-də, Masazırda "Bank Respublika Arena"da keçiriləcək oyuna saat 16:00-da start veriləcək.
 
Bu barədə "Sabah"ın mətbuat xidməti məlumat yayıb.
 
Qeyd edək ki, milli komandanın oyunları ilə bağlı Premyer Liqada yaranmış fasiləyə aprelin 3-də yekun vurulacaq. "Sabah" Premyer Liqada növbəti oyununu evdə "Qəbələ"yə qarşı keçirəcək. "Sumqayıt" isə lider "Neftçi"nin qonağı olacaq. Hər iki oyun aprelin 4-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest