Rusiyalı fiqurlu konkisürən Yevgeniya Medvedeva vətənində müsahibə verib. Matç.az xəbər verir ki, qadınların yarışında iki dəfə dünya, iki dəfə dünya çempionu olan xanım idmançı kişilər barədə fikirlərini də açıqlayıb.

Bu növdə hegemonluğunu həmyerlisi Alina Zaqitovaya təhvil verən və Olimpiya Oyunlarında gümüş medalla kifayətlənən 19 yaşlı Medvedeva kişilərdə bəyənmədiyi xüsusiyyətləri müəyyənləşdirib. O bildirib ki, qısqanc, qadının yerinin mətbəx olduğunu düşünən, xanımlara qayğı göstərməyənləri xoşlamır: "Onlara nifrət edirəm".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest