"Milan"ın hücumçusu Zlatan İbrahimoviç İsveç milli komandasına dəvət alıb.
 
Matc.az xəbər verir ki, bu barədə İsveç Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
 
39 yaşlı hücumçu yığmanın Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Gürcüstan və Kosovo, yoldaşlıq oyunu çərçivəsində isə Estoniya ilə qarşılaşacağı oyunların heyətinə daxil edilib.
 
İsveç yığması martın 25-də evdə Gürcüstan, 28-də səfərdə Kosovo ilə qarşılaşacaq. Estoniya ilə oyun isə martın 31-də İsveçdə baş tutacaq.
 
İbrahimoviç 2016-cı ildə İsveç yığmasındakı karyerasını bitirdiyini açıqlamışdı. O, ölkəsinin millisində 116 oyun keçirib, 62 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest