"Bavariya"nın hücumçusu Kinqsli Koman klub tərəfindən cəzalandırılıb.
 
Matc.az xəbər verir ki, buna fransız futbolçunun klubun məşq bazasına fərqli avtomobillə girmək istəməsi səbəb olub.
 
Belə ki, o, məşqə "Mercedes" markalı idman avtomobili ilə gəlib. Lakin futbolçu içəri buraxılmayıb. Nəticədə Koman avtomobilini bazanın yaxınlığındakı küçələrdən birində park etmək məcburiyyətində qalıb.
 
Qeyd edək ki, "Bavariya"nın əsas sponsorlarından biri dünyanın aparıcı avtomobil şirkətlərindən biri olan "Audi"dir. İstisna halları çıxmaq şərtilə Münhen təmsilçisinin bazasına yalnız "Audi"nin avtomobilləri ilə daxil olmaq mümkündür. Koman da klubun bu qaydasını pozduğu üçün cəzaya məruz qalıb. "Bild"in yazdığına görə, Koman 50 min avro cərimə olunub.
 
Qeyd edək ki, Kinqsli Koman bu mövsüm "Bavariya"da 28 oyuna çıxıb, 6 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest