Futbol üzrə Türkiyə kubokunda yarımfinal mərhələsinə start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
İlk yarımfinal görüşü "Beşiktaş"la Super Liqanın son qalibi "Başakşəhər" arasında baş tutub.
 
İstanbul derbisində "qara qartallar" ilk yarıda iki qol vursalar da, fasilədən sonra bu üstünlüyü əldən veriblər. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə yarım saatda daha bir qol vuran "Beşiktaş" finala yüksələn ilk komanda olub.
 
Digər finalçının adına "Antalyaspor" – "Alanyaspor" görüşündə aydınlıq gələcək.
 
Türkiyə kuboku
Yarımfinal
16 mart
 
Beşiktaş – Başakşəhər 3:2
Qol: Abubakar, 17. Vida, 22. Larin, 102 – D.Türüç, 60. Juliano, 77.
 
17 mart
 
21:45. Antalyaspor - Alanyaspor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest