İtaliyanın "İnter" klubunun müdafiəçisi Danilo D’Ambrozio koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə COVİD-19 testi pozitiv çıxmış 32 yaşlı müdafiəçinin ev şəraitində karantinə alındığı diqqətə çatdırılıb.
 
Danilo D’Ambrozio 2014-cü ildən "İnter"in uğurları üçün çalışır. ölkəsinin millisində də oynamış italyan futbolçu bu mövsüm A Seriyasında 14 oyuna çıxıb, 3 qola imza atıb. Onun komandası isə 27 oyuna topladığı 65 xalla zirvədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest