Futbol üzrə İngiltərə milli komandasının və "Everton"un qapıçısı Cordan Pikford zədələnib.
 
Matc.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
27 yaşlı futbolçu Premyer Liqanın 28-ci turunun "Bernli" ilə matçında (1:2) zədələnib.
 
Pikford zədə səbəbindən İngiltərə yığmasının Dç-2022-nin seçmə mərhələsində çərçivəsində bu ay keçirəcəyi oyunları buraxmalı olacaq.
 
İngiltərə yığması Dç-2022-nin seçmə mərhələsi çərçivəsində martın 25-də San Marino, 28-də Albaniya, 31-də isə Polşa ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest