Futbol üzrə Azərbaycan I Divizionunda XVIII turun oyunları üçün təyinatlar müəyyənləşib.
 
Matc.az xəbər verir ki, FİFA referisi Əliyar Ağayev martın 18-də keçiriləcək "Qarabağ-2" – "Sumqayıt-2" matçını idarə edəcək.
 
Lider "Turan Tovuz"un ən yaxın izləyicisi "Zaqatala" ilə oyunu Namiq Bəkirova tapşırılıb.
 
Qeyd edək ki, XVIII tur çərçivəsində keçirilməli olan "Sabah" və "Neftçi"nin əvəzediciləri arasındakı oyun aprelin 20-nə təxirə salınıb.
 
I Divizion
XVIII tur
18 mart
 
Qarabağ-2 – Sumqayıt-2
Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Tərlan Talıbzadə, Tural Qurbanov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Kərim Ağayev
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 14:00
 
Kəpəz – Keşlə-2
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Vüsal Məmmədov, Rəşad Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Gəncə şəhər stadionu, 15:00
 
19 mart
 
Turan Tovuz – Zaqatala
Hakimlər: Namiq Bəkirov, Akif Əmirəli, Ruslan Quliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu, 14:00
 
MOİK – Qaradağ Lökbatan
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Kərim Zeynalov, Rauf Allahverdiyev
Hakim-inspektor: ömər Paşayev
AFFA nümayəndəsi: Asif Əliyev
Binə qəsəbə stadionu, 15:00.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest