"Kəpəz"in sabiq yarımmüdafiəçisi Serjinyo Karneyro Azərbaycan karyerasından danışıb.
 
Matc.az xəbər verir ki, 2016/17 mövsümündə Gəncə klubunun uğurları üçün çalışmış keçmiş futbolçu "Maisfutebol" nəşrinə müsahibəsində bunları deyib:
 
"Bir il "Trofense"də çıxış etdim və maaş almadım. Orada oynamağın çətinliyini qəbul etdim. Bu üzdən də 2016-cı ildə Azərbaycana yollanmağa qərar verdim. "Kəpəz"ə "Portu" və "Setubal"ın sabiq futbolçusu Joao Kostanın məsləhəti ilə keçdim. Əslində bu ölkəyə 2013-cü ildə gedə bilərdim. Ancaq keçidim 2016-ci ildə alındı. Əvvəl qazana biləcəyim pulun yarısına razılaşdım. "Kəpəz"də aylıq maaşım 6 min avro idi. Amma "Trofense"də bir qəpik qazanmadım. Avropa Liqasına vəsiqə qazanmadığımız üçün rəhbərlik hamını qovdu".
 
Qeyd edək ki, Serjinyo 2016/17 mövsümündə "Kəpəz"in heyətində 27 oyun keçirib və 2 qol vurub. Gəncə klubu həmin mövsüm 8 komandalı Azərbaycan Premyer Liqasını 5-ci pillədə başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest