Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli iki oyuna təyinat alıb.
 
Matc.az xəbər verir ki, o, futzal üzrə Aç-2022-nin ilkin seçmə mərhələsi çərçivəsində keçiriləcək Belarus – İsrail və Sloveniya – Latviya  oyunlarının hakim-inspektoru olacaq.
 
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Belarus - İsrail matçı aprelin 6-da keçiriləcək. Sloveniya - Latviya görüşü isə ayın 12-də təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest