İtaliyanın "Spetsiya" klubunun daha bir futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə yarımmüdafiəçi Nauel Estevesdən götürülmüş COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. O, dərhal karantinə alınıb.
 
"Spetsiya"da bu yaxınlarda daha iki futbolçunun koronavirus aşkarlandığı açıqlanmışdı. Onlardan birinin qapıçı İvan Provedel olduğu məlumdur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest