Futbol üzrə Türkiyə kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
 
Matc.az xəbər verir ki, ikinci yarımfinal görüşündə "Antalyaspor" və "Alanyaspor" klubları qarşılaşıb.
 
Görüş Antalya təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb. Nəticədə "Antalyaspor" daha öncə finala yüksəlmiş "Beşiktaş"la həlledici oyunda qarşılaşmaq hüququ qazanıb. İstanbul klubu bir gün öncə "Başakşəhər"ə 3:2 hesabıyla qalib gəlmişdi.
 
Qeyd edək ki, Türkiyə kubokunda final oyununun yeri və vaxtı hələ müəyyənləşməyib.
 
Türkiyə kuboku
Yarımfinal
17 mart
 
Antalyaspor - Alanyaspor 2:0
Qol: Podolski, 18. H.özmert, 82.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest