"Qarabağ" 3 günlük fasilədən sonra məşqləri bərpa edib.
 
Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
 
Hazırlıqda 8 futbolçu iştirak edib. Məşq prosesində milli komandalara dəvət almış oyunçular qatılmayıb.
 
Kabo-Verde millisinə dəvət alan Patrik Andrade də bu məşqin iştirakçısı olub. 28 yaşlı yarımmüdafiəçi öz ölkəsinin millisinə qoşulmaq üçün martın 18-də yola düşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest