Futbol üzrə Fransa kubokunda 1/8 final mərhələsinə start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
Liqa 1-in son qalibi PSJ doğma meydanda çempionatın lideri "Lill" ilə qarşılaşıb.
 
Rəqibini darmadağınla məğlub edən Paris təmsilçisi ilk 1/4 finalçı olub.
 
Qeyd edək ki, 1/8 finalın qalan görüşləri aprelin 6, 7 və 8-də keçiriləcək.
 
Fransa kuboku
1/8 final
17 mart
 
PSJ – Lill 3:0
Qol: İkardi, 9. Mbappe, 41-pen; 90+3.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest