Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya - Azərbaycan oyununun hakimləri müəyyənləşib.
 
Matc.az xəbər verir ki, 3-cü qrupda yer alan komandaların oyununu Finlandiyadan olan Kirill Naishouler və Arttu Kyynaeraeinen idarə edəcək. üçüncü hakim Martin Matula, timekeeper Miroslav Jezik olacaq. Son iki hakim Slovakiyadandır.
 
Qarşılaşmanın hakim-inspektoru funksiyasını Perri Qautye yerinə yetirəcək.
 
Qeyd edək ki, Slovakiya – Azərbaycan matçı aprelin 8-də Levice şəhərindəki idman zalında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest