İngiltərənin "çelsi" klubunun baş məşqçisi Tomas Tuxel yeni rekorda imza atıb.
 
Matc.az xəbər verir ki, alman mütəxəssis Premyer Liqa nəhəngini çalışdırmağa başladığı gündən bəri məğlubiyyət tanımır.
 
ötən gecə UEFA çempionlar Liqasının (çL) 1/8 final mərhələsi çərçivəsində baş tutan İspaniyanın "Atletiko" (Madrid) klubu ilə cavab oyunu (2:0, ilk oyun 1:0) Tuxelli "çelsi"nin ardıcıl 13-cü məğlubiyyətsiz oyunu olub. 
 
Qeyd edək ki, "çelsi"də bundan əvvəlki rekord 2008-ci ildə 12 matçda uduzmayan braziliyalı Luis Felipe Skolariyə məxsus olub.
 
Tuxel yanvarın 26-dan "zadəganlar"a rəhbərlik edir. "çelsi" 47 yaşlı məşqçinin gəlişindən bəri keçirdiyi oyunlarda 9 qələbə qazanıbsa, 4 heç-heçəyə imza atıb. Londonlular bu görüşlərdə rəqib qapılarından 15 qol keçirib, cəmi 2 top buraxıblar ki, bu da yeni rekorddur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest