Futbol üzrə İran çempionatında 18-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor"la "Maşinsazi" də növbəti matçına çıxıb.
 
"Traktor" səfərdə "Sepahan"la qarşılaşıb. Təbriz klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
 
Təbrizin digər təmsilçisi "Maşinsazi" isə "İstiqlal"la ev oyununda 0:2 hesabıyla uduzub.
 
18 turdan sonra 26 xalı olan "Traktor" 16 kollektiv arasında 5-ci, 9 xala malik "Maşinsazi" isə sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest