21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin daha bir yoxlama oyunu keçirəcəyi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda "Neftçi" ilə üz-üzə gələcək.
 
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Martın 24-də keçiriləcək qarşılaşmaya saat 16:00-da start veriləcək. Oyunun stadionu hələlik müəyyənləşməyib.
 
Qeyd edək ki, U-21 millimiz martın 20-də "Qarabağ", martın 27-də "Qaradağ Lökbatan", martın 29-də isə "Qəbələ" ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest