Almaniyanın "Borussiya" (Dortmund) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın PSJ klubundan Sumail Kulibalini transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 17 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
PSJ-nin U-19 komandasında çıxış edən Sumail yayda "Borussiya"ya qoşulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest