İtaliyanın "Milan" klubunun müdafiəçisi Davide Kalabriya əməliyyat olunub.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə 24 yaşlı müdafiəçinin bu gün dizindən əməliyyat olunduğu diqqətə çatdırılıb. Onun bərpa müddəti açıqlanmayıb.
 
Qeyd edək ki, Kalabriya bu mövsüm "Milan"ın heyətində 32 oyuna çıxıb və 2 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest