Bu gün futbol üzrə Avropa Liqasında 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb.
 
Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirə saat 16:00-da start verilib.
 
Püşkdə "Mançester Yunayted" "Qranada"ya rəqib olub. "Arsenal" Praqa "Slaviya"sıyla, "Ayaks" "Roma"yla, Zaqreb "Dinamo"su isə "Vilyarreal"la qarşılaşacaq.
 
1/4 finalın ilk görüşləri aprelin 8-də, cavab matçları bir həftə sonra oynanılacaq. Yarımfinal qarşılaşmaları isə 29 aprel-6 mayda olacaq.
 
Avropa Liqası
1/4 final
 
Qranada (İspaniya) – Mançester Yunayted (İngiltərə)
Arsenal (İngiltərə) – Slaviya (çexiya, Praqa)
Ayaks (Niderland) – Roma (İtaliya)
Dinamo (Zaqreb, Xorvatiya) – Vilyarreal (İspaniya)
 
Yarımfinal
 
Qranada (İspaniya)/Mançester Yunayted (İngiltərə) – Ayaks (Niderland)/Roma (İtaliya)
 
Dinamo (Zaqreb, Xorvatiya)/Vilyarreal (İspaniya) – Arsenal (İngiltərə)/Slaviya (çexiya, Praqa)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest