Futbol üzrə İngiltərə kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
 
"Sauthempton" səfərdə "Bornmut"a böyük hesabla qalib gələrək ilk yarımfinalçıya çevrilib. "Mançester Siti" isə buna "Everton" üzərindəki inamlı qələbə ilə nail olub.
 
Sonuncu oyun günündə "çelsi" "Şeffild Yunayted"i qəbul edəcəksə, "Lester Siti" də "Mançester Yunayted"lə qarşılaşacaq.
 
İngiltərə kuboku
1/4 final
20 mart
 
Everton – Mançester Siti – 0:2
Qol: İ.Gündoğan, 84. De Breyne, 90.
 
Bornmut – Sauthempton – 0:3
Qol: Djenepo, 37. Redmond, 45+1; 59.
 
21 mart
 
17:30. çelsi – Şeffild Yunayted
21:00. Lester Siti – Mançester Yunayted

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest