Dmitri Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90+1-ci dəqiqədə əvəzlənib. Komandasının 69-cu dəqiqədə vurduğu qolun ötürməsini də Nazarov verib.

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 26-cı turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" klubu da növbəti matçına çıxıb.
 
Aue təmsilçisi doğma meydanda "Sandhauzen"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
 
Dmitri Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90+1-ci dəqiqədə əvəzlənib. Komandasının 69-cu dəqiqədə vurduğu qolun ötürməsini də Nazarov verib.
 
26 turdan sonra 36 xala malik "Ersgebirge" 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest