Türkiyənin "Kayserispor" klubuna yeni baş məşqçi təyin olunub.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Hamza Hamzaoğlu çalışdıracaq.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 50 yaşlı mütəxəssislə prinsipial razılıq əldə edildiyi diqqətə çatdırılıb. Lakin tərəflər arasındakı müqavilənin detalları açıqlanmayıb.
 
2014/15 mövsümündə "Qalatasaray"ı çalışdıran Hamza Hamzaoğlu son olaraq "Yeni Malatyaspor"da baş məşqçi olub.
 
Qeyd edək ki, "Kayserispor" bu mövsüm Super Liqada 29 oyuna topladığı 31 xalla 16-cı sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest