Futbol üzrə Türkiyə Super Liqasında 31-ci tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
 
"Antalyaspor" "Ərzurumspor"la ev oyununda inamlı qələbəyə sevinibsə, "Alanyaspor" səfərdə "Konyaspor"a uduzub.
 
Son çempion "Başakşəhər" "Dənizlispor" səfərinə yollanıb. Bu oyunda qapılara qol vurulmayıb.
 
Turun mərkəzi görüşü İstanbulda keçirilib. Lider "Beşiktaş" əzəli rəqiblərindən olan "Fənərbaxça"nı qəbul edib. İki qolun qeydə alındığı derbidə qalib müəyyənləşməyib.
 
Türkiyə Super Liqası
31-ci tur
19 mart
 
Fatih Karagümrük – Kayserispor 3:0
Qol: C.Durmaz, 33. Kastro, 58. Sobiex, 86.
 
Qalatasaray – Rizəspor 3:4
Qol: Yedlin, 14. E.Akbaba, 31. Y.Meriah, 74-öz qapısına – Samu, 2. Boldrin, 41; 90+2. Şkoda, 54-pen.
 
20 mart
 
Gənclərbirliyi – Kasımpaşa 2:1
Qol: S.Yılmaz, 60; 76 – Y.Erdoğan, 66.
 
Göztəpə – Sivasspor 3:5
Qol: Ndiaye, 60. Titi, 66. Diabate, 90+1 – Yatabare, 23; 55. Fajr, 38. Boyd, 41; 45+1.
 
Yeni Malatyaspor – Qaziantep 2:2
Qol: G.Güvenc, 37-öz qapısına. A.Büyük, 80-pen – M.Demir, 13. K.özer, 70-pen.
 
Trabzonspor – Ankaragücü 4:1
Qol: Ekuban, 8; 28. Djanini, 30. Edqar, 90+4 – İ.Akdağ, 26-pen.
 
21 mart
 
Antalyaspor – Ərzurumspor 3:1
Qol: Fredi, 54. Bayrakdar, 66. Balçı, 70 – Şaheşuhe, 39.
 
Konyaspor – Alanyaspor 1:0
Qol: çikalleşi, 13.
 
Dənizlispor – Başakşəhər 0:0
 
Beşiktaş – Fənərbaxça 1:1
Qol: Vida, 48 – O.Tufan, 89.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest