Futbol üzrə İtaliya A Seriyasında 28-ci tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
 
Son çempion "Yuventus" "Benevento"nu qəbul edib. Turin təmsilçisi bu görüşdə gözlənilməz məğlubiyyətlə üzləşib.
 
Turnir cədvəlinin ikincisi "Milan" bu turda çətin "Fiorentina" səfərinə yollanıb və əzmkar qələbəyə sevinib.
 
Turun mərkəzi görüşü paytaxt Romada keçirilib. "Roma" burada "Napoli" ilə münasibətlərinə aydınlıq gətirib və iki cavabsız qolla uduzub.
 
Bu tur keçirilməli olan "İnter" – "Sassuolo" matçı meydan sahiblərinin heyətində koronavirusa yoluxma hallarının artması səbəbiylə təxirə salınıb.
 
İtaliya A Seriyası
28-ci tur
19 mart
 
Parma – Cenoa 1:2
Qol: Pelle, 16 – Skamakka, 50; 69.c
 
20 mart
 
Krotone – Bolonya 2:3
Qol: Messias, 32. Simi, 40-pen – Sumaoro, 62. Şuten, 70. Skov, 84.
 
Spetsiya – Kalyari 2:1
Qol: Pikkoli, 49. Macciore, 80 – Pereyro, 83.
 
21 mart
 
Verona – Atalanta 0:2
Qol: Malinovski, 33. Sapata, 42.
 
Yuventus – Benevento 0:1
Qol: Qaiç, 69.
 
Sampdoriya – Torino 1:0
Qol: Kandreva, 25.
 
Udineze – Latsio 0:1
Qol: Maruşiç, 37.
 
Fiorentina – Milan 2:3
Qol: Pulqar, 17. Riberi, 51 – İbrahimoviç, 9. Dias, 57. H.çalhanoğlu, 72.
 
Roma – Napoli 0:2
Qol: Mertens, 27; 34.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest