Futbol üzrə Fransa çempionatında 30-cu tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
 
Lider "Lill" bu turda doğma meydanda autsayderlər qrupunda yer alan "Nim"i qəbul edib və məğlubiyyətlə üzləşib.
 
Turun mərkəzi görüşündə turnir cədvəlinin ikincisi PSJ səfərdə ən yaxın izləyicisi Lion "Olimpik"i ilə qarşılaşıb. Paris təmsilçisi səfərdən inamlı qələbə ilə dönüb.
 
Fransa Liqa 1
30-cu tur
19 mart
 
Sent-Etyen – Monako 0:4
Qol: Yovetiç, 13. Tçuameni, 55. Diop, 64. Duiatta, 75.
 
20 mart
 
Mets – Renn 1:3
Qol: Yade, 90 – Doku, 18. Terrye, 38-pen. Jirassi, 88.
 
Nitsa – Olimpik (Marsel) 3:0
Qol: Turam, 34. Quiri, 74. Maurisie, 90+1.
 
21 mart
 
Strasburq – Lans 1:2
Qol: Belleqarde, 20 – Haydara, 5. Fofana, 40.
 
Brest – Anje 0:0
 
Dijon – Reyms 0:1
Qol: Dia, 50.
 
Monpelye – Bordo 3:1
Qol: Sambia, 35. Laborde, 58. Mavididi, 69 – Huanq, 28.
 
Nant – Loryan 1:1
Qol: Kolo, 2 – Loryente, 87.
 
Lill – Nim 1:2
Qol: Xeka, 20 – Kone, 12. Ripar, 45.
 
Olimpik (Lion) – PSJ 2:4
Qol: Slimani, 62. Korne, 81 – Mbappe, 15; 52. Danilo, 32. Di Mariya, 47.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest