Türkiyənin "Fatih Karagümrük" klubunun yeni baş məşqçisi məlum olub.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Françesko Farioli çalışdıracaq.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı italyan mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
 
İtaliyada "Benevento" və "Sassuolo" kimi klublarda çalışmış Farioli, son olaraq Türkiyədə "Alanyaspor" komandasında məşqçi kimi işləyirdi.
 
"Fatih Karagümrük" bu mövsüm Super Liqada keçirdiyi 30 oyunda 44 xal toplayıb və 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest