Türkiyənin "Ərzurumspor" və "Kasımpaşa" klublarında baş məşqçi istefası qeydə alınıb.
 
Matc.az xəbər verir ki, "Ərzurumspor" Mesut Bakkalı, "Kasımpaşa" isə Fuat çapanı istefaya göndərib.
 
Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb. Hər iki məşqçi ilə müqavilələrə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.
 
Qeyd edək ki, "Ərzurumspor" bu mövsüm Super Liqada keçirdiyi 30 oyuna topladığı 27 xalla 19-cu sırada qərarlaşıb. "Kasımpaşa" isə 30 oyunda 31 xal toplayıb və 15-ci sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest