Futbol üzrə Azərbaycan I Divizionunun XIV turundan təxirə salınmış iki görüşün oyun cədvəli məlum olub.
 
Matc.az xəbər verir ki, hər iki qarşılaşma martın 28-də keçiriləcək.
 
Oyunlara saat 15:00-da start veriləcək.
 
Qeyd edək ki, Azərbaycan milli komandalarının heyətində çox sayda oyunçusu olan "Sabah"ın rəsmi müraciətini, əsasnaməni və "Keşlə"nin rəsmi razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası "Sabah-2" – "Keşlə-2" oyununu 28 aprel tarixinə təxirə salıb.
 
I Divizion
XIV turun oyunları
28 mart
 
Neftçi-2 – Sumqayıt-2
"Neftçi" klubunun bazası (4-cü meydança), 15:00
 
MOİK – Kəpəz
Binə qəsəbə stadionu, 15:00

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest