Futbol üzrə Azərbaycan I Divizionunda XIII turdan təxirə salınmış oyunlar üçün təyinatlar açıqlanıb.
 
Matc.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, "Kəpəz" – "Qaradağ Lökbatan" oyunu Tural Qurbanova tapşırılıb.
 
Əlverişsiz hava şəraitindən yarıda qalmış "Turan Tovuz" – "Sumqayıt-2" oyununda isə ədaləti Səhubi Bayramov qorumağa çalışacaq.
 
I Divizion
XIII turun oyunları
23 mart
 
"Kəpəz" – "Qaradağ Lökbatan"
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Gəncə şəhər stadionu, 15:00 (canlı/pfl.az)
 
"Turan Tovuz" – "Sumqayıt-2"
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Taleh Məmmədov, Vüqar Həsənli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tovuz şəhər stadionu, 15:30 (52-ci dəqiqədən etibarən)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest